Kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin “Forde VBK” kollektivi ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Norveçdə keçirilən ilk oyunda “Ordu” 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə qalib gəlib.
