“AZERRAIL” Super Liqada “Murov Az Terminal”ı məğlub etdi

18 Noyabr 2026 20:23
60
“AZERRAIL” Super Liqada “Murov Az Terminal”ı məğlub etdi

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci turun oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “AZERRAIL”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komanda ilk setdə 25:22, ikinci setdə 25:20, üçüncü setdə isə 25:23 hesabı ilə üstün olub.

Qeyd edək ki, beşinci turun digər iki qarşılaşması təxirə salınıb. Buna “Xilasedici” və “ORDU” komandalarının avrokuboklarda iştirak etməsi, həmçinin “Gənclər”in bəzi voleybolçularının U-16 millisinin heyətində Avropa çempionatının seçmə mərhələsinə qatılması səbəb olub.

İdman.Biz