Azərbaycan Super Liqası: “Murov Az Terminal” və “Turan” üz-üzə gələcək

16 Noyabr 2026 10:29
42
Azərbaycan Super Liqası: “Murov Az Terminal” və “Turan” üz-üzə gələcək

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün doqquzuncu turun oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun qarşılaşmasında “Murov Az Terminal” və “Turan” komandaları üz-üzə gələcəklər.

Görüş saat 14:00-da “Murov Az Terminal” Voleybol Klubunun idman zalında keçiriləcək.

Qeyd edək ki, 2026/2027-ci illər mövsümündə qadın voleybolçuların Super Liqasında doqquz komanda mübarizə aparır. Bunlar “Turan”, “DH Volley”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “Azərmaş Abşeron”, “Azərreyl”, “Murov Az Terminal” və “Naxçıvan” komandalarıdır.

Xatırladaq ki, “Turan” klubu ölkəmizi beynəlxalq arenada da təmsil edir. Komanda noyabrın əvvəlində CEV Çempionlar Liqasının təsnifat mərhələsində Bolqarıstanın “Maritsa Plovdiv” (3:0) klubu ilə qarşılaşıb.

İdman.Biz