Azərbaycan Super Liqası: “AZERRAIL” - “Milli Aviasiya Akademiyası” oyunu bu gün keçiriləcək

12 Noyabr 2026 14:53
56
Azərbaycan Super Liqası: “AZERRAIL” - “Milli Aviasiya Akademiyası” oyunu bu gün keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun növbəti oyunu bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun ikinci günündə “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında “Murov Az Terminal” UNEC-i 3:1 (18:25, 25:17, 25:19, 25:21) hesabı ilə məğlub edib.

İki turdan sonra turnir cədvəlində “Naxçıvan”, “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” hərəyə 3 xalla ilk pillələri bölüşürlər. Digər komandaların hesabında isə xal yoxdur.

İdman.Biz