Azərbaycan milli komandasının heyətində məcburi dəyişiklik edilib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Lorenzo Mezzotero son çempionat matçında zədələndiyi üçün millinin heyətindən çıxarılıb.
Onun əvəzinə “Araz-Naxçıvan” klubunun üzvü Ağadadaş Salyanski milli komandaya dəvət olunub.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 13-də səfərdə Lixtenşteynlə qarşılaşacaq.
