“Araz-Naxçıvan” futbol komandasından ayrıldıqdan sonra klub tapa bilməyən Coşqun Diniyevin karyerasını başa vura bilər.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi hazırda karyerasını davam etdirmək üçün yeni klub axtarışındadır.
Lakin hələlik onunla maraqlanan və konkret təklif irəli sürən komanda tapılmayıb.
Bildirilir ki, qış fasiləsinə qədər vəziyyət dəyişməsə, Diniyev butslarını mismardan asacaq.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin son klubu “Araz Naxçıvan” olub. O, karyerası ərzində “İnter” Bakı, “Qarabağ”, “Sabah”, “Zirə”, “Ümraniyespor”, “Bandırmaspor”, “Çorum” və “Araz-Naxçıvan” klublarında çıxış edib.
