“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə “Instagram” sosial şəbəkə hesabında paylaşım edib.
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən yararlanan Raxmonaliyevin toy mərasimi vətəni Özbəkistanda keçirilib.
Qeyd edək ki, “Sabah” 21 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
