Azərbaycan çempionatının oyunu təxirə salına bilər

9 Noyabr 2026 13:47
60
Azərbaycan çempionatının oyunu təxirə salına bilər

Futbol üzrə Azərbaycan İkinci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” - “Marafon” oyunu təxirə salına bilər.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, buna səbəb güclü yağış səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.

Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun keçirilməyəcəyi gözlənilir. Oyunun baş tutub-tutmayacağına yarım saat ərzində qərar verilməlidir.

Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürməlidir.

İdman.Biz
Məqalədə: