“Neftçi” - “Kəpəz” matçı turun ən çox izlənilən oyunu olub

9 Noyabr 2026 10:35
76
“Neftçi” - “Kəpəz” matçı turun ən çox izlənilən oyunu olub

Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.

İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 6598 tamaşaçı izləyib.

Ən çox azarkeş “Neftçi” - “Kəpəz” (1:0) matçında qeydə alınıb. Bu görüşü stadiondan 3275 tamaşaçı izləyib.

“Qarabağ” - “Turan Tovuz” (0:1) qarşılaşmasında 1536, “Sabah” - “Şamaxı” (2:2) matçında 937, “Zirə” - “Qəbələ” (2:1) görüşündə 550, “İmişli” - “Sumqayıt” (0:0 )matçında 200, “Şəfa” - “Araz-Naxçıvan” (2:2) qarşılaşmasında isə 100 tamaşaçı olub.

Misli Premyer Liqasının 11-ci turundan sonra turnir cədvəli belədir.

Qeyd edək ki, Misli Premyer Liqasında 12-ci tura noyabrın 20-də start veriləcək.

İdman.Biz