İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqadakı rəqibi “Nottingem Forest”in müdafiəçisi Murillonu gələn ilin yayında transfer etmək istəyir.
İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, Mançester təmsilçisi 24 yaşlı braziliyalı futbolçunun çıxışını yaxından izləyir və onu 2027-ci ilin yayında heyətinə qatmağı planlaşdırır.
Məlumata görə, “Nottingem Forest” müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədə olan müdafiəçisinin transferi üçün 95 milyon avro tələb edir.
Qeyd edək ki, “Transfermarkt” portalı Murillonun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Braziliyalı futbolçu cari mövsümdə keçirdiyi 11 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
