19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu gün hazırlığı başa vuracaq millimiz Serbiyaya yollanacaq.
Yığmamız noyabrın 9-dan 18-dək Serbiyada təşkil olunacaq UEFA U-19 Çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək. Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.
Qarşılaşmaların təqvimi:
11 noyabr
Azərbaycan - Monteneqro
“Vojdovaç Stadion”, Belqrad
14:00 (Bakı vaxtı)
14 noyabr
Serbiya - Azərbaycan
“Mladost” İdman Kompleksi, Pançevo
19:00 (Bakı vaxtı)
17 noyabr
Farer adaları - Azərbaycan
“Vojdovaç Stadion”, Belqrad
19:00 (Bakı vaxtı)
Milli komandamızın bu toplanış üçün heyətini təqdim edirik:
1 Rauf Əyyubov - Sabah
2 Nurəziz Əzizov - Neftçi
3 Məhdi Həsənov - Neftçi
4 Tuncay Əhmədov - Sabah
5 Əlibəy Mahmudov - Sabah
6 Rəşad Gülüşov - Sabah
7 Müseyib Bəşirov - Qəbələ
8 Emir Fətiyev - Sumqayıt
9 Rəvan Teymurov - Qarabağ
10 Məhəmməd Çodarov - Sabah
11 Amin Rzayev - Qarabağ
12 Əhməd Vəliyev - Qarabağ
13 Abdulaziz Cabbarlı - Qarabağ
14 Əli Qazıbəyov - Qarabağ
15 Elvin Vəliyev - Neftçi
16 Əhliman Süleymanzadə - Zirə
17 Mustafa Kamara Sent-Trüyden - (Belçika)
18 Əli Əliyev - Qarabağ
19 Vüsal Kərimov - Neftçi
20 Ümid Səlimov - Sabah
21 Əli İbrahim - Qarabağ
