“Biləsuvar” Region Liqasının yeni mövsümünə böyükhesablı qələbə ilə başlayıb - FOTO

9 Noyabr 2026 12:15
84
“Biləsuvar” Region Liqasının yeni mövsümünə böyükhesablı qələbə ilə başlayıb - FOTO

“Biləsuvar” futbol klubu AFFA Region Liqasının yeni mövsümünə böyükhesablı qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 2026-2027-ci illər mövsümünün ilk turunda Biləsuvar təmsilçisi doğma meydanda Salyanın “Xıdırlı” komandası ilə qarşılaşıb.

Biləsuvar şəhər Mərkəzi stadionunda keçirilən görüş meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Biləsuvar” AFFA Region Liqasının Cənub zonasının B qrupunda mübarizə aparır. Komandanın qrupdakı digər rəqibləri “Xıdırlı”, “Neftçala” və “Alaz” klublarıdır.

İdman.Biz