Norveçdə oyun zamanı tribuna çökdü, azarkeş xəstəxanaya aparıldı

9 Noyabr 2026 18:23
56
Norveçdə oyun zamanı tribuna çökdü, azarkeş xəstəxanaya aparıldı

Norveç çempionatında “Tromse” ilə “Budo-Qlimt” arasında keçirilən oyun zamanı tribunanın bir hissəsi çöküb.

İdman.Biz xəbər verir ki, qonaq komandanın azarkeşlərinin yerləşdiyi sektorda baş verən hadisə nəticəsində 25 yaşlı tərəfdarın qabırğası sınıb. O, xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Əvvəlcə zərərçəkənlər, daha sonra “Tromse” klubunun rəhbərliyi dindiriləcək. Həmçinin hadisədən az əvvəl tribunada aparılmış yoxlamalara dair sənədlər toplanacaq. Klubun hüquqi şəxs kimi məsuliyyətə cəlb olunması da istisna edilmir.

Hadisə Norveç Futbol İttifaqının klublardan stadionları yoxlamağı tələb etməsindən bir həftə sonraya təsadüf edib. Qurum xüsusilə azarkeş sektorlarına və yüksək yük düşən sahələrə diqqət yetirilməsini istəyib. İttifaqın məlumatına görə, “Tromse” yoxlamanın aparıldığı barədə hesabat təqdim edib.

Qeyd edək ki, noyabrın səkkizində çempionatın 26-cı turu çərçivəsində keçirilən qarşılaşma “Budo-Qlimt”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz