“Sabah” basketbol komandası bu gün “Trabzonspor”la qarşılaşacaq

10 Noyabr 2026 09:46
31
“Sabah” basketbol komandası bu gün “Trabzonspor”la qarşılaşacaq

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə bu gün növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin “Trabzonspor” kollektivi ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” üçüncü turda Fransanın “Nanter 92” klubunu 87:80 hesabı ilə məğlub edib. Azərbaycan çempionu birinci turda səfərdə Litvanın “Rytas” komandasına 73:82, ikinci turda isə “Trabzonspor”a 83:100 hesabı ilə uduzub.

İdman.Biz