Mayami 38 ildən sonra NBA ulduzlarını qəbul edə bilər

10 Noyabr 2026 07:14
45
Mayami 38 ildən sonra NBA ulduzlarını qəbul edə bilər

Milli Basketbol Assosiasiyası (NBA) 2028-ci ilin Ulduzlar matçının və əlaqəli tədbirlərin Mayamidə keçirilməsi ilə bağlı danışıqların yekun mərhələsinə daxil olub.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, tərəflər yekun razılığa gəlməyə yaxındırlar.

Mayami sonuncu dəfə NBA-nın ulduzlar həftəsonuna 1990-cı ildə ev sahibliyi edib. Danışıqlar uğurla yekunlaşarsa, şəhər 38 ildən sonra yenidən basketbol mövsümünün əsas tədbirlərindən birini qəbul edəcək.

Ənənəvi olaraq proqramda cümə günü Yüksələn ulduzların matçı, şənbə günü üçxallıq atış, dank və “Shooting Stars” müsabiqələri yer alır. Bazar gününün əsas hadisəsi isə Ulduzlar matçı olacaq.

Qeyd edək ki, NBA-nın növbəti ulduzlar həftəsonu 2027-ci il fevralın 19-21-də Finiksdə keçiriləcək.

İdman.Biz
Məqalədə: