“Sabah”ın rəqibi Bakıya gəldi

9 Noyabr 2026 22:40
50
“Sabah”ın rəqibi Bakıya gəldi

Türkiyənin “Trabzonspor” basketbol komandası “Sabah”la oyun üçün Bakıya gəlib.

İdman.Biz xəbər verir ki, komandalar noyabrın 10-da Çempionlar Liqasının A qrupunun dördüncü turunda üz-üzə gələcəklər.

Tərəflərin Türkiyədə keçirilən ilk qarşılaşmasında “Trabzonspor” 100:83 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi üç oyunda bir qələbə qazanıb və iki dəfə məğlub olub. “Trabzonspor”un isə iki qələbəsi və bir məğlubiyyəti var.

İdman.Biz