Kişi voleybolçuların Super Liqasında dördüncü turun ilk qarşılaşması bu gün keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 17:00-da “Neftçi” və “AZERRAIL” komandaları üz-üzə gələcək.
Görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında baş tutacaq.
“Neftçi” iki xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Üç xala malik “AZERRAIL” isə dördüncü sırada yer alıb.
Qeyd edək ki, ötən turun əvvəlki oyunlarında “Gənclər” “Xilasedici”yə 0:3, “Murov Az Terminal” isə “Neftçi”yə 2:3 hesabı ilə məğlub olub.
