Xilasedici” bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq

11 Noyabr 2026 09:38
40
Xilasedici” bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:30-da başlayacaq görüşdə “Xilasedici” ilk matçın məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. Belə ki, Bakıda keçirilən ilk qarşılaşmada “Sportinq” 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsinə yüksələcək. Məğlub tərəf isə mübarizəni CEV Kubokunda davam etdirəcək.

İdman.Biz