Azərbaycanın qadın boksçusu Gülər Hüseynova bu gün Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirəcək.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 final mərhələsində Panamadan olan Lia Viktoriya Kordoba Torrero ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-a nəzərdə tutulub.
Qeyd edək ki, panamalı boksçu 1/8 final mərhələsində Polşa təmsilçisi Nataşa Kosyetsi 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
