İstanbulda boks qalmaqalı: qalib gələn Murad Əliyevə hücum edildi - VİDEO

8 Noyabr 2026 09:27
35
İstanbulda boks qalmaqalı: qalib gələn Murad Əliyevə hücum edildi - VİDEO

İstanbulda keçirilən peşəkar boks gecəsində Fransa təmsilçisi, Azərbaycan əsilli Murad Əliyevlə Türkiyə idmançısı Umut Çamkıran arasında baş tutan qarşılaşma qalmaqalla yekunlaşıb.

İdman.Biz xəbər verir ki, WBC Silver versiyası üzrə ağır çəkidə çempionluq kəməri uğrunda döyüşdə Murad Əliyev rəqibini xallar hesabına məğlub edib.

Lakin qarşılaşmadan sonra gözlənilməz hadisə yaşanıb. Əliyevin tribunadakı azarkeşlərə yönələn hərəkəti yerli tamaşaçıların etirazına səbəb olub.

Bundan qəzəblənən bir qrup azarkeş rinqə çıxaraq qalib boksçuya fiziki hücum edib. Nəticədə rinqdə kütləvi qarşıdurma yaranıb.

Murad Əliyevin çempionluq kəmərini qazanması ilə nəticələnən döyüş idman uğurundan daha çox qarşılaşmadan sonra yaşanan qalmaqalla gündəmə gəlib.

İdman.Biz