Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tur çərçivəsində 18 qarşılaşma baş tutacaq.
Türkiyənin “Trabzonspor” futbol komandası doğma meydanda Almaniyanın “Frayburq” kollektivi ilə üz-üzə gələcək.
İtaliyanın “Atalanta” futbol komandası Qazaxıstanın “Kayrat” təmsilçisini qəbul edəcək. Niderlandın “Ayaks” komandası Danimarkada “Midtyulland”la qarşılaşacaq.
Digər diqqətçəkən oyunlarda Fransanın “Monako” komandası Danimarkanın “Norşellann” kollektivini, İspaniyanın “Xetafe” komandası isə İngiltərənin “Brayton” təmsilçisini qəbul edəcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, üçüncü tur
5 noyabr
21:45 “Trabzonspor” - “Frayburq”
21:45 “Orhus” - “Braqa”
21:45 “Atalanta” - “Kayrat”
21:45 “Midtyulland” - “Ayaks”
21:45 “Tun” - “Harts”
21:45 “Srvena Zvezda” - “İnter Eskaldes”
21:45 KuPS - “Gent”
21:45 “Linkoln Red İmps” - “Hayduk”
21:45 “Myallbü” - “Borats”
23:59 “Tvente” - “Pafos”
23:59 “Universitatya” (Krayova) - “Eqnatiya”
23:59 “Monako” - “Norşellann”
23:59 “Kopenhagen” - “İberiya” (Tbilisi)
23:59 “Luqano” - “Kauno Jalgiris”
23:59 “Xetafe” - “Brayton”
23:59 “Sent-Trüden” - “Brann”
23:59 “Panatinaikos” - CSKA (Sofiya)
23:59 “Riqa” - “Yablonets”
