“Turan” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq

3 Noyabr 2026 09:53
125
“Turan” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının təsnifat mərhələsində növbəti qarşılaşmasını keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Maritsa” klubunun qonağı olacaq.

Plovdivdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 11-də keçiriləcək. “Turan” ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını iki oyunun nəticəsinə əsasən məğlub edib – 3:0, 3:2.

İdman.Biz
Məqalədə: