Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının başlama tarixi açıqlanıb

2 Noyabr 2026 10:28
107
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının başlama tarixi açıqlanıb

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının 2026/2027-ci illər mövsümünün başlama tarixi və ilk turun oyunları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, Super Liqanın yeni mövsümünə noyabrın 6-da start veriləcək. İlk tur çərçivəsində iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da Milli Aviasiya Akademiyası ilə ötən mövsümün bürünc mükafatçısı “Gəncə” üz-üzə gələcək. Ötən mövsüm bu komandalar üçüncü yer uğrunda mübarizə aparıblar. Görüş Aviasiya Akademiyasının idman zalında keçiriləcək.

Eyni saatda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində də ilk turun digər oyunu baş tutacaq. Burada çempionatın debütantları “Azərmaş Abşeron” və “Naxçıvan” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, kişilər arasında Azərbaycan Super Liqasının yeni mövsümü oktyabrın 23-də başlayıb.

İdman.Biz