Voleybol üzrə Azərbaycan Super Liqasında ikinci tura start verilir

28 Oktyabr 2026 10:21
36
Voleybol üzrə Azərbaycan Super Liqasında ikinci tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün ikinci turun oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 16:00-da “ORDU” və “Neftçi” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gələcəklər. Saat 17:00-da isə “Xilasedici” Fövqəladə Hallar Nazirliyinin idman zalında “AZERRAIL”ı qəbul edəcək.

Qeyd edək ki, turun son oyunu oktyabrın 30-da “Murov Az Terminal” və “Gənclər” komandaları arasında keçiriləcək.

İdman.Biz