Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

26 Oktyabr 2026 21:31
97
Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun oyunlarının təqvimi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, turun görüşləri oktyabrın 28-də və 30-da keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “ORDU” və “Neftçi” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gələcəklər. Saat 17:00-da isə “Xilasedici” Fövqəladə Hallar Nazirliyinin idman zalında “AZERRAIL”ı qəbul edəcək.

Turun son görüşü oktyabrın 30-da “Murov Az Terminal” və “Gənclər” arasında keçiriləcək.

Super Liqa (kişilər)

İkinci tur

28 oktyabr

16:00. “ORDU” - “Neftçi”

GİN-in Voleybol Mərkəzi

17:00. “Xilasedici” - “AZERRAIL”

FHN-in idman zalı

30 oktyabr

17:00. “Murov Az Terminal” - “Gənclər”

GİN-in Voleybol Mərkəzi

İdman.Biz