Voleybol üzrə Azərbaycan Super Liqasında bu gün bir oyun keçiriləcək

24 Oktyabr 2026 11:08
105
Voleybol üzrə Azərbaycan Super Liqasında bu gün bir oyun keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının ilk turunda bu gün “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, saat 17:00-da başlayacaq qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, ötən gün keçirilən ilk turun oyunlarında “Azərrail” “Gənclər”i 3:0 (25:17, 25:11, 25:16), “Ordu” isə “Murov Az Terminal”ı 3:0 (25:20, 25:14, 25:20) hesabı ilə məğlub edib.

İdman.Biz