Bu gün kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümə start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında saat 16:00-da “Azərreyl” və “Gənclər” komandaları üz-üzə gələcəklər. Saat 18:00-da isə “Murov Az Terminal” “Ordu” ilə qarşılaşacaq.
Qeyd edək ki, turun qalan oyunu sabah keçiriləcək. Oktyabrın 24-də saat 17:00-da “Xilasedici” və “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
