Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
O, 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının birinci təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Sözügedən yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.
