“Turan”ın qadın voleybolçuları Çempionlar Liqasında mübarizəyə başlayır

20 Oktyabr 2026 11:28
123
“Turan”ın qadın voleybolçuları Çempionlar Liqasında mübarizəyə başlayır

“Turan”ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi turnirin ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşacaq.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı oktyabrın 29-da Xorvatiyada baş tutacaq.

İdman.Biz