Azərbaycanın “Turan” voleybol komandasının Çempionlar Liqasında Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə keçirəcəyi qarşılaşmaya hazırlıq işləri başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Tovuz təmsilçisindən məlumat verilib.
Oktyabrın 20-də baş tutacaq oyun üçün Tovuz Olimpiya İdman Kompleksi tam hazır vəziyyətə gətirilib.
Avropa Voleybol Konfederasiyasının (CEV) tələblərinə uyğun olaraq arenada müasir “Terafleks” döşəmə örtüyü quraşdırılıb. Tamaşaçı tutumu 1500 nəfərə çatdırılıb, iki yeni tribuna və müasir oturacaqlar yerləşdirilib.
Bundan başqa, arenada yeni VİP zona yaradılıb, xüsusi işıqlandırma sistemi quraşdırılıb. CEV-in standartlarına uyğun mətbuat konfransı otağı və miks zonalar hazırlanıb. Həm arenada, həm də idman kompleksinin ərazisində böyük monitorlar yerləşdirilib.
Tarixi qarşılaşma ərəfəsində azarkeşlər üçün əyləncə proqramı da nəzərdə tutulub. Oyundan əvvəl Tovuz Olimpiya İdman Kompleksinin qarşısında geniş konsert proqramı təşkil ediləcək. Bilet əldə edə bilməyən azarkeşlər isə matçı kompleksin qarşısında quraşdırılan böyük monitorlar vasitəsilə canlı izləyə biləcəklər.
Son Azərbaycan çempionu “Turan” da qarşılaşmaya tam heyətlə hazırlaşır. Komandada zədə və ya digər səbəbdən oyun buraxacaq voleybolçu yoxdur.
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən klub yeni mövsüm üçün büdcəsini artırıb. Heyət yüksək səviyyədə çıxış təcrübəsinə malik voleybolçularla gücləndirilib.
Qarşılaşmaya azarkeş marağı da böyükdür. “Turan” klubunun ödənişsiz təqdim etdiyi biletlər qısa müddətdə tükənib.
Qeyd edək ki, “Turan” - “Mladost-Zaqreb” görüşü oktyabrın 20-də saat 19:00-da başlayacaq.
@idman.biz Azərbaycanın “Turan” voleybol komandasının Çempionlar Liqasında Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə keçirəcəyi qarşılaşmaya hazırlıq işləri başa çatıb. İdman.Biz xəbər verir ki, bu barədə Tovuz təmsilçisindən məlumat verilib. Oktyabrın 20-də baş tutacaq oyun üçün Tovuz Olimpiya İdman Kompleksi tam hazır vəziyyətə gətirilib. Avropa Voleybol Konfederasiyasının (CEV) tələblərinə uyğun olaraq arenada müasir “Terafleks” döşəmə örtüyü quraşdırılıb. Tamaşaçı tutumu 1500 nəfərə çatdırılıb, iki yeni tribuna və müasir oturacaqlar yerləşdirilib. #turantovuz #tovuz
♬ original sound Idman və Biz
