Azərbaycanın voleybolçu qızları Qubada yoxlama oyununda qalib gəlib

15 Oktyabr 2026 20:43
111
Azərbaycanın voleybolçu qızları Qubada yoxlama oyununda qalib gəlib

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Qubada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Avropa çempionatının birinci təsnifat mərhələsinə - Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışına hazırlaşan yığmamız Milli Aviasiya Akademiyasının gənc qızlardan ibarət komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-20 yığmamızın Qubadakı təlim-məşq toplanışı oktyabrın 19-dək davam edəcək.

İdman.Biz