İspaniya La Liqası: “Atletiko” son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİR - VİDEO

17 Oktyabr 2026 18:03
120
İspaniya La Liqası: “Atletiko” son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİR

İspaniya La Liqasının doqquzuncu turunda Madrid “Atletiko”su səfərdə “Espanyol”u minimal hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, Barselonadakı “Kornelya-El Prat” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün taleyini son dəqiqələrdə vurulan qol həll edib. “Atletiko”nun hücumçusu Aleks Baena 90-cı dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra Madrid təmsilçisi doqquz oyunda 22 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Səkkiz xalı olan “Espanyol” isə 14-cü sırada yer alıb.

Növbəti turda, oktyabrın 24-də “Atletiko” doğma meydanda “Deportivo”nu qəbul edəcək. “Espanyol” isə həmin gün səfərdə “Rasinq”lə qarşılaşacaq.

İdman.Biz