İspaniya La Liqasının 14-cü turunda “Betis” doğma meydanda “Rayo Valyekano”ya məğlub olub.
İdman.Biz xəbər verir ki, Sevilyanın “La Kartuxa” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. 72-ci dəqiqədə Xorxe de Frutos fərqlənərək Madrid təmsilçisinə üç xal qazandırıb.
“Rayo Valyekano” bununla cari çempionatda ilk səfər qələbəsini əldə edib. Komanda əvvəlki altı səfər oyununda iki dəfə heç-heçə etmiş, dörd dəfə uduzmuşdu.
Bu nəticədən sonra 14 oyunda 27 xal toplayan “Betis” dördüncü pillədə qalıb. “Rayo Valyekano” isə 13 qarşılaşmada topladığı 15 xalla 12-ci yerdə qərarlaşıb.
“Betis” dekabrın 6-da səfərdə “Atletiko Madrid”lə qarşılaşacaq. “Rayo Valyekano” isə dekabrın 5-də doğma meydanda “Levante”ni qəbul edəcək.
