“Sabah” futbol komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu turnirin əsas mərhələsinin beşinci turunda İspaniyanın “Barselona” komandasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün baş hakimi FIFA referisi Nikolas Uolş olacaq. Qarşılaşmaya saat 21:45-də start veriləcək.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.
Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.
