Florenzi Tuxelin PSJ-dən göndərilməsindən danışdı

25 Noyabr 2026 04:08
36
Florenzi Tuxelin PSJ-dən göndərilməsindən danışdı

PSJ-nin sabiq futbolçusu Alessandro Florenzi Paris təmsilçisinin 2020/2021 mövsümündə Fransa çempionluğunu “Lill”ə uduzmasının səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, italiyalı futbolçu klubun bütün diqqətini Çempionlar Liqasına yönəltdiyini vurğulayıb.

“Çempionlar Liqasını qazanmaq onların əsas hədəfinə çevrilmişdi. Şübhəsiz, bu, bizə çempionluq bahasına başa gəldi. Həmin vaxt PSJ hələ Çempionlar Liqasını qazanmamışdı, amma klub prezidentinin böyük uğur istədiyi görünürdü”, - deyə Florenzi bildirib.

O, 2020-ci ilin dekabrında PSJ-dən göndərilən Tomas Tuxelin həmin mövsüm “Çelsi” ilə Çempionlar Liqasının qalibi olmasına da münasibət bildirib:

“Biz isə yarımfinalda uduzduq. Bu, karmadır!”

Florenzi Paris təmsilçisinin uğurlarında hazırkı baş məşqçi Luis Enrikenin həlledici rol oynadığını da vurğulayıb.

“Öz-özümə deyirdim ki, PSJ gec-tez Çempionlar Liqasını qazanacaq. Amma nəsə dəyişdi. Bu dəyişikliyin səbəbkarı Luis Enrikedir. Onun gəlişindən sonra PSJ artıq əvvəlki klub deyil”, - deyə italiyalı futbolçu əlavə edib.

İdman.Biz