“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:07
28
“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Qalatasaray”a 0:1 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, 54 yaşlı mütəxəssis komandasının birbaşa 1/8 finala yüksəlmək şansının azaldığını etiraf edib.

“Qalatasaray”a qarşı oynamağın çox çətin olduğunu bilirdik. Azarkeşləri onlara böyük dəstək verirdilər. Meydançanın vəziyyəti də işimizi asanlaşdırmırdı. Rəqibin intensiv pressinqi qarşılaşmanı çətinləşdirdi.

İlk hissədə əla iş gördük, amma hücumda nəsə çatışmırdı. Oyuna nəzarət edirdik və bu, bizə inam verirdi”, - deyə Emeri bildirib.

İspaniyalı mütəxəssis fasilədən sonra İstanbul təmsilçisinin təzyiqi artırdığını və komandasının oyuna nəzarəti qorumaqda çətinlik çəkdiyini vurğulayıb.

“İlk səkkizliyə düşmək üçün favorit olmadığımızı bilirik. Bugünkü məğlubiyyətdən sonra şansımız daha da azalıb. İtirdiyimiz üç xalı kompensasiya edə bilsək, ilk səkkizlikdə yer almağımız hələ də mümkündür. Amma favorit deyilik”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, qarşılaşmanın taleyini 77-ci dəqiqədə Deniz Gülün vurduğu qol həll edib.

İdman.Biz