“Samsunspor” “Gənclərbirliyi”ni ilk hissədə vurduğu üç qolla məğlub etdi

28 Noyabr 2026 18:57
27
“Samsunspor” “Gənclərbirliyi”ni ilk hissədə vurduğu üç qolla məğlub etdi

Türkiyə Superliqasının 13-cü turunda “Samsunspor” doğma meydanda “Gənclərbirliyi”ni məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Samsunspor” hər üç qolu ilk hissədə vurub. Məhəmməd Bayo 7-ci dəqiqədə hesabı açıb. Tanqi Kulibali isə fasiləyədək iki dəfə fərqlənərək komandasının üstünlüyünü üç topa çatdırıb.

“Gənclərbirliyi”nin yeganə qolunu 58-ci dəqiqədə Pedro Mendeş vurub. Qalan vaxtda hesab dəyişməyib.

Bu nəticə ilə mövsümdə üçüncü qələbəsini qazanan “Samsunspor” xallarının sayını 10-a çatdırıb. “Gənclərbirliyi” isə 14 xalda qalıb.

İdman.Biz