İngiltərənin “Brayton” futbol komandasının niderlandlı qapıçısı Bart Verbrüggen karyerasını Avropanın aparıcı klublarından birində davam etdirə bilər.
İdman.Biz "Football Insider"ə istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” futbol klubları 24 yaşlı qapıçının transferində maraqlıdırlar.
Bildirilir ki, Verbrüggen 2027-ci ilin yayında komandasını dəyişə bilər. Niderland millisinin üzvünün transfer dəyəri 60 milyon funt sterlinq (təxminən 133,8 milyon manat) məbləğində qiymətləndirilir.
