“Real Madrid” 50 milyon avroluq müdafiəçini hədəfə aldı

28 Noyabr 2026 06:13
45
“Real Madrid” 50 milyon avroluq müdafiəçini hədəfə aldı

“Sevilya”nın futbolçusu Kike Salas cari mövsümdə uğurlu çıxışı ilə “Real Madrid”in diqqətini çəkib.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, Madrid klubu müdafiə xəttini gəncləşdirmək məqsədilə 24 yaşlı futbolçunun çıxışını yaxından izləyir.

Ötən həftə “Real Madrid”in skautları “Sevilya”nın “Betis”lə qarşılaşmasında iştirak ediblər. Derbidə inamlı çıxış edən Salas komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub (1:1).

Müdafiəçinin “Sevilya” ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək qüvvədədir. Sözləşmədə futbolçunun sərbəstqalma məbləği 50 milyon avro olaraq müəyyənləşdirilib.

Klub rəhbərliyi hesab edir ki, Salasın mümkün transferi “Sevilya” tarixinin ən əhəmiyyətli satışlarından birinə çevrilə bilər.

Fiziki gücü, texnikası və liderlik keyfiyyətləri ilə seçilən ispaniyalı futbolçu müdafiənin sol cinahında da çıxış edə bilir.

“Sevilya”nın yetirməsi olan Salas əsas komandanın heyətində 110 rəsmi qarşılaşmada 12 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz