Con Terri dünyanın ən yaxşı qapıçısını açıqladı

28 Noyabr 2026 07:03
35
Con Terri dünyanın ən yaxşı qapıçısını açıqladı

İngiltərə millisinin və “Çelsi”nin sabiq müdafiəçisi Con Terri hazırda dünyanın ən yaxşı qapıçısının David Raya olduğunu düşünür.

İdman.Biz xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Arsenal”ın ispaniyalı qapıçısının bir sıra xüsusiyyətlərini xüsusi vurğulayıb.

“Onların transfer etdikləri Rayaya baxın. Kim düşünərdi ki, o, bu qədər yaxşı olacaq? O, yüz faiz dünyanın ən yaxşı qapıçısıdır. Cinahlardan göndərilən topları tutur, cərimə meydançasına tam nəzarət edir. Hər iki ayağı ilə inanılmaz dərəcədə yaxşı oynayır. Həqiqətən möhtəşəmdir”, – deyə Terri bildirib.

Qeyd edək ki, Raya cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlər üzrə 15 qarşılaşmada iştirak edib və qapısından 10 qol buraxıb. İspaniyalı qolkiper bu ilin yayında milli komandanın heyətində dünya çempionu olub.

İdman.Biz