Messi və komandası MLS-in pley-off mərhələsində mübarizəni dayandırıb - VİDEO

28 Noyabr 2026 10:28
40
Messi və komandası MLS-in pley-off mərhələsində mübarizəni dayandırıb - VİDEO

ABŞ-nin “İnter Mayami” futbol klubu MLS-in pley-off mərhələsinin ilk raundunda mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, son çempion “İnter Mayami” iki oyunun nəticəsinə əsasən “Kolumbus Kryu”ya məğlub olub.

Komandalar arasında keçirilən ilk görüşdə “Kolumbus Kryu” 3:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşmasında isə eyni komanda 1:0 hesabı ilə üstün olub. Beləliklə, iki oyunun ümumi nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn Kolumbus təmsilçisi növbəti mərhələyə yüksəlib.

Cavab görüşündə yeganə qolu 90+2-ci dəqiqədə Santyaqo Rodriges vurub.

Bununla da Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS çempionluğunu qoruya bilməyib və mövsümü vaxtından əvvəl başa vurub.

Qeyd edək ki, “Kolumbus Kryu” Şərq Konfransının yarımfinalında mübarizə aparacaq.

İdman.Biz