Gənclər və idman naziri Fərid Qayıbov qadın voleybolçular arasında CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən “Turan” – “Mladost” oyununu tribunadan izləyir.
İdman.Biz xəbər verir ki, nazir Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmanı izləyənlər arasındadır.
Tovuz təmsilçisi Xorvatiyanın “Mladost” klubu ilə Çempionlar Liqasındakı ilk oyununu keçirir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Xorvatiyada baş tutacaq.
