Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

22 Oktyabr 2026 13:42
81
Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

İdman.Biz