Azərbaycanda kişi voleybolçular arasında Super Liqanın 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
İdman.Biz xəbər verir ki, yeni mövsümün birinci turunun oyunları oktyabrın 23-24-də təşkil olunacaq.
İlk oyun günündə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “AZERRAIL” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “ORDU” komandaları üz-üzə gələcəklər.
Turun son görüşü oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da “Xilasedici” “Neftçi”ni qəbul edəcək.
Super Liqanın yeni mövsümündə altı komanda - “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” mübarizə aparacaq.
Çempionat ev-səfər prinsipi ilə iki dövrədən ibarət dairəvi sistem üzrə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Super Liqa - birinci turun oyun proqramı
23 oktyabr
16:00. “AZERRAIL” - “Gənclər”
18:00. “Murov Az Terminal” - “ORDU”
GİN-in Voleybol Mərkəzi
24 oktyabr
17:00. “Xilasedici” - “Neftçi”
FHN-in idman zalı
