Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
İdman.Biz xəbər verir ki, 63 kq-da mübarizə aparan Nihat Məmmədli təsnifat mərhələsində ABŞ təmsilçisi Xavyer Consonla üz-üzə gələcək. 87 kq çəki dərəcəsindəki İslam Abbasov isə 1/16 finalda türkiyəli Ali Cengizlə güləşəcək.
67 kq-da çıxış edən Həsrət Cəfərov ilk görüşdən azaddır.
Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
