Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub - YENİLƏNİB

26 Oktyabr 2026 10:12
113
Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında medal qazana bilməyib.

İdman.Biz xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançımız təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerə 1:5 hesabı ilə məğlub olub.

Bu gün yunan-Roma güləşçilərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) mübarizəyə başlayacaq.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

10:00

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə qarşılaşacaq.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

İdman.Biz