Çempionlar Liqası: “Turan” voleybol komandasının cavab oyunu “CBC Sport”da

26 Oktyabr 2026 16:39
118
Çempionlar Liqası: “Turan” voleybol komandasının cavab oyunu “CBC Sport”da

Qadın voleybolçulardan ibarət “Turan” komandası oktyabrın 29-da CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə cavab qarşılaşmasına çıxacaq.

İdman.Biz xəbər verir ki, Zaqrebdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Qeyd edək ki, Tovuzda baş tutan ilk oyunda “Turan” rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə məğlub edib.

İdman.Biz
Məqalədə: