Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında Latviya yığmasına 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə də Polşa seçməsinə eyni hesabla uduzub.
