U-23 Avropa çempionatında bu gün üç cüdoçumuz mübarizə aparacaq

31 Oktyabr 2026 11:48
90
U-23 Avropa çempionatında bu gün üç cüdoçumuz mübarizə aparacaq

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, oğlanların mübarizəsində Əli Qazıməmmədov (90 kq) 1/16 final mərhələsində ukraynalı Mixaylo Xoroşaylovla qarşılaşacaq.

Əjdər Bağırov (100 kq) 1/8 finalda digər ukraynalı İvan Kutenkovla, Kənan Nəsibov (+100 kq) isə xorvatiyalı Luka İvankoviçlə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 13:30-da, final bloku isə 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) qızıl medal qazanıb.

İdman.Biz