Bu gün İordaniyanın paytaxtı Ammanda gənclər arasında cüdo üzrə Asiya Kubokuna start veriləcək. Azərbaycan yarışda dörd çəki dərəcəsində beş idmançı ilə təmsil olunacaq.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində Gülşən Hüseynova və Gülgəz Musayeva, 52 kq-da Çinarə Sadıqova, 57 kq-da Aytən Verdiyeva, 63 kq-da isə Ayan Əliyeva tatamiyə çıxacaq.
İdmançılara gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət komandanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Qeyd edək ki, beynəlxalq turnirdə 19 ölkədən 140 cüdoçu iştirak edəcək. Asiya Kuboku noyabrın 1-dək davam edəcək.
